10 Yanvar 2020 09:14
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada bir sürücü “CİP” markalı avtomobili ilə kilsəyə daxil olub.

Teleqraf.com xəbər verir ki, olay İspaniyanın Toledo şəhərinin cənubundakı San Juan yevangelist kilsəsində baş verib.

Sürücü avtomobili ilə kilsənin giriş qapısını sındıraraq içəri daxil olub. Daha sonar avtomobil kilsə zalındakı stulları sındıraraq irəliləyib və dayanıb.

Polis tərəfindən həbs edilən sürücü “Şeytandan qaçmışam. Ondan gizlənirəm” deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər