Kiçik qız göydələnin 4-cü mərtəbəsinin çıxıntısında suyun üzündə gəzirmiş kimi hərəkət edib.
Teleqraf.com xəbər verir ki, bu hadisə İspaniyanın Kanarya adasında baş verib.
Azyaşlı qız 4-cü mərtəbəsinin pəncərəsindən binanın çıxıntısı üzərində eyvana doğru getməyə başlayıb. Eyvana keçə bilməyən qızcığaz daha sonra geri qayıdaraq pəncərədən bloka daxil olub.
Uşaq Finlandiyadan qış tətili üçün adaya istirahətə gələn ailənin qızıdır.