9 Yanvar 2020 21:55
2 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranda sərnişin təyyarəsinin raket zərbəsi, terror aktı və ya mühərrikdə yaranan nasazlığa görə qəzaya uğraması ehtimalları araşdırılır”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Danilov Prezident Vladimir Zelenskinin təlimatı ilə bir qrup mütəxəssisin qəzanı araşdırmaq üçün Tehrana getdiyini açıqlayıb.

“Sözügedən heyətdə nazirlik və aidiyyəti qurumlardan 45 nümayəndə təmsil olunur”.

O, təyyarənin qəzaya uğramasının müxtəlif ehtimallar üzərində araşdırıldığını vurğulayıb:

“Bunlardan biri təyyarənin bölgədə yerləşdirilən, Rusiya istehsalı olan “Tor” raket sistemləri ilə vurulması ehtimalıdır. Digər bir ehtimal isə təyyarənin içəridən partladılmasıdır. Bura mühərrikdə yaranan nasasızlıq məsələsi də daxildir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər