9 Yanvar 2020 19:10
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı açılmış cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesi insidentlə başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə zalında vəkillər və zərərçəkənlər arasında mübahisə yaranıb.

Zərərçəkənlərin nümayəndəsi Robert Köçəryanı məhkəməyə hörmət etməyə çağıraraq, onun 1 mart hadisəsinin qurbanlarına sayğısızlıq etdiyini bildirib.

Zalda yaranmış səs-küy səbəbindən ifadənin ikinci hissəsinin oxunuşunu eşitmək mümkün olmayıb. Məhkəmə sədri ifadəni yazılı şəkildə oxumaq qərarı verib.

Robert Köçəryan iclasın qeydlərini dərhal dinləməyi tələb etsə də, hakim qeydin daha sonra vəkillərə veriləcəyini söyləyib.

Vəkillər və zərərçəkənlər arasında salonda mübahisə yaranıb.

Hakim Anna Danibekyan vəkil Miqran Poqosyanın iclasın təxirə salınması tələbini nəzərə alaraq iclasın başa çatdığını elan edib. Növbəti iclas yanvarın 14-də baş tutacaq.

Köçəryan 2008-ci il martın 1-də İrəvanda hakimiyyət əleyhinə keçirilmiş dinc aksiyalarda iştirak edən vətəndaşlara odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunur. Məlum hadisələr zamanı təxminən 20 nəfərə yaxın insan öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər