9 Yanvar 2020 22:51
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HHQ-nın komandanı, general Əmir Əli Hacızadə İranın ABŞ hərbi bazalarına təşkil etdiyi hücumun detallarını açıqlayıb.
Onun sözlərinə görə, ABŞ hava bazasına atılan raketlər ABŞ-ın bölgədən çıxarılma prosesinin başlanğıcıdır. General qeyd edib ki, II Dünya müharibəsindən sonra ABŞ bazalarına bir güllə belə vurulmayıb.

Əli Hacızadə bildirib ki, İran ABŞ əsgərlərinin yaşayış yerlərini belə vurmaq imkanına malikdir: "Lakin kimisə vurmaq niyyətində deyildik. Komandanlıq mərkəzi və hərbi maşınları vurmağı planlaşdırmışdıq. Amerika xalqına səslənirəm, son əməliyyatlardan dərs alsınlar, idarəçilərinə təzyiq göstərsinlər. Bu bölgədən az zərərlə tez bir zamanda çıxsınlar. Təkcə İraqdan yox, Əfqanıstan, ərəb ölkələrindən də getsinlər. İndi getməsəniz, sonra ziyan çəkərək və pərişan halda gedəcəksiniz".


Müəllif: Nərgiz

Oxşar xəbərlər