10 Yanvar 2020 08:00
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigerin qərbindəki Şineqodar kəndində hərbi posta edilən hücumda iyirmi beş əsgər həlak olub.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Frans Press" agentliyi bildirib.

Məlumata əsasən, 60-dan çox terrorçu zərərsizləşdirilib.

Bildirilib ki, naməlum şəxslər motosiklet və avtomobillərlə bazaya gələrək atəş açıblar.

Niger Hava Qüvvələri və "tərəfdaşlar"ın dəstəyi ilə hərbçilər cavab zərbələri endirib və rəqibi qaçmağa məcbur edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər