“Suriyanın İdlib bölgəsində atəşkəs elan olundu”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Suriya üzrə xüsusi nümayəndəsi, general-mayor Yuri Borenkov açıqlama verib.
General bu barədə dünən anlaşmanın əldə edildiyini bildirib.
Borenkov rus hərbi qüvvələrinin Suriyanın Türkiyə ilə sərhəd bölgələrində yerləşən Hələb və Qamışlıda patrul xidmətinə davam etdiyini deyib: “Eyni zamanda, rus qırıcıları Kvayres və digər istiqamətlərdə də patrul xidmətlərini davam etdirir”.