“Liviya və Suriyada birbaşa qarşıdurmada olmasına baxmayaraq, Türkiyə və Rusiya 2015-ci ildən bəri bir-birinə yaxınlaşmağa başlayıb. “Türk Axını” qaz boru kəmərinin möhtəşəm açılışı zamanı iki lider yaxın olduqlarını göstərdilər”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Liberation” qəzeti yazıbn.
Nəşr qeyd edir ki, iki qonşu arasındakı yaxınlaşma enerji dəhlizi vasitəsilə daha da asanlaşdırıldı: “İki ölkə arasında ortaq maraq var, buna görə də hər iki tərəf bir-birinə münasibətdə ehtiyatlıdır”.
Yanvarın 1-dən etibarən “Türk Axını” qaz kəməri Rusiyadan Türkiyə, Yunanıstan və Şimali Makedoniyaya qaz tədarükünü həyata keçirir. Əvvəllər Ukrayna, Moldova və Rumıniya üzərindən Trans-Balkan marşrutu bu ölkələrə çatdırılma üçün istifadə olunurdu.
Yeni boru kəmərinin dəniz hissəsi 2017-ci ildən bəri tikilməkdədir. “Qazprom” layihənin dəyərini 7 milyard dollar həcmində qiymətləndirib.