10 Yanvar 2020 14:40
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və milli kəşfiyyat xidmətinin rəisi Hakan Fidan Rusiyaya gedəcək.

Teleqraf.com xəbər verir ki, səfərin gələn həftə baş tutacağı bildirilib.

Səfər çərçivəsində dövlət rəsmilərinin rusiyalı həmkarları ilə görüşü planlaşdırılır.

Moskvada keçiriləcək görüşdə Suriya, Liviya və digər məsələlərin müzakirə olunacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər