Almaniya Hava Yolları (Lufthansa) LH600 nömrəli səfər təyyarəsi Tehran istiqamətində uçarkən Frankfurt şəhərinə geri qaytarıb və elan edib ki, Tehrana uçuş həyata keçirilməyəcək.
Teleqraf.com xəbər verir ki, Lufthansa şirkətinin açıqlamasına görə, Tehran hava limanının ətrafında qeyri-müəyyən təhlükəsizlik durumunun qiymətləndirilməsindən sonra belə qərar qəbul olunub.
Şirkət yaranmış vəziyyəti dəyərləndirməkdə davam edir.
Qeyd edək ki, yanvarın 8-də Tehran hava limanından Kiyev istiqamətində havaya qalxan Boeing 737 sərnişin təyyarəsi az sonra yerə düşüb. Təyyarə olan 176 sərnişindən heç biri xilas olmayıb.