11 Yanvar 2020 01:16
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymaninin öldürülməsi üzrə əməliyyatı həyata keçirərkən qarşı tərəf ABŞ-ın 4 səfirliyinə hücum planlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ prezidenti Donald Tramp çıxış edib.

O, qeyd edib ki, İran genişmiqyaslı hücumları həyata keçirmək niyyətində imiş:

"Mənim fikirimcə, söhbət dörd səfirlikdən gedirdi. Ehtimal ki, bu Bağdaddakı səfirlik olardı".

Tramp hücumun planlaşdırıldığı digər diplomatik nümayəndəliklərin adlarını açıqlamayıb.

ABŞ prezidenti Donald Tramp ötən gün də bildirib ki, Birləşmiş Ştatların hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymani ABŞ səfirliklərindən birininin binasını partlatmağı planlaşdırırdı.

Ağ ev rəsmilərinin Süleymani ilə bağlı qeyri-dəqiq açıqlamaları birmənalı qarşılanmır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər