Omanın Sultanı Qabus bin Səid 79 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Omanın Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Sulatının ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib, dövlət bayraqları 40 günlük endirilib.
Xatırladaq ki, Qabus bin Səid 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Son zamanlar KİV-lərində onun vəziyyətinin pisləşməsi barədə dəfələrlə xəbərlər yayılıb.
Qeyd edək ki, Qabus bin Səid 1970-ci ildən hakimiyyətdə olub.