İran “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Associated Press” agentliyi İran hakimiyyətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, layner təsadüfən vurulub və bu qəsdən edilməyib.
Məlumata görə, İran hakimiyyəti qəzanın səbəbini insan amili ilə əlaqələndirib.