11 Yanvar 2020 12:49
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı reallığı uzun müddət gizli saxlaya bilmədi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İran Prezidenti Həsən Ruhaninin qəza ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib:

“İran prezidenti deyir ki, mülki təyyarə hərbi obyektin üzərindən uçduğundan səhvən vurulub. Təyyarə Tehranın mərkəzindəki İmam Xomeyni hava limanından havaya qalxıb. Bütün mülki təyyarələr həmin hava limanından eyni trayektoriya ilə havaya qalxır. Bu məntiqlə bütün bu təyyarələr haqqında danışılan hərbi "obyektin" üzərindən uçur.

Axı hava hücumundan qoruma sistemləri ölkənin içərisindən uçan mülki təyyarəni düşmən təyyarəsi ilə neçə səhv salıblar?

Qənaətimə görə, ortada böyük qeyri-peşəkarlar olub. Bunu da ilk günlər ört basdır etmək üçün “təyyarə texniki səbəbdən qəzaya uğrayıb, Amerikanın iddiaları yalandır, bizimlə psixoloji savaş aparırlar” fikrini israrla iddia edirdilər.

Görünür, Tehranda sonradan anladılar ki, reallığı uzun müddət gizli saxlamaq mümkün olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər