11 Yanvar 2020 16:00
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna hava yollarına məxsus “Boinq 737” tipli sərnişin təyyarəsi kruiz raketinə bənzədildiyi üçün vurulub”.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Kosmik və Aviasiya İdarəsinin rəisi Əmir Əli Hacızadə açıqlama verib.

İranlı general da sərnişin təyyarəsinin yanlışlıqla vurulduğu iddiasını təkrarlayıb.

Hacızadə olayın baş verdiyi an bu barədə səlahiyyətli orqanların məlumatlandırıldığını vurğulayıb.

General SEPAH-ın olayın məsuliyyətini üzərinə götürdüyünü və Ukrayna xalqından üzr istədiklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər