11 Yanvar 2020 21:37
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş Türkiyə prezidentinin ofisində baş tutub.

1 saat 25 dəqiqə davam edən görüşdə Suriya və İran ətrafında gedən proseslər müzakirə olunub.

İdlibdə baş verən son qarşıdurmaların bölgədən miqrant axınına yol açması, qaçqınların Suriyaya qaytarılması və Suriyada demokratik seçkilərin keçirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər