Türkiyənin Mərmərə bölgəsində 4.8 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, zəlzələ İstanbulla yanaşı, ətraf bölgələrdə də hiss olunub.
Məlumata əsasən, yeraltı təkan yerli vaxtla 16.37-də də qeydə alınıb.
Dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.
Zəlzələdən sonra açıqlama verən İstanbul Texniki Universitetinin professoru Ziyəddin Çakır "Bu zəlzələ ciddi bir xəbərdarlıqdır" deyib: "Daha güclü zəlzələ baş verə bilər. İndidən buna hazər olmaq lazımdır".