İran Prezidenti Həsən Ruhani Ukraynaya məxsus "Boeing"in vurulması ilə əlaqədar baş sağlığı vermək üçün öz xüsusi nümayəndəsini Ukraynaya göndərəcək.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə İran Prezidentinin saytında bildirilir.
Ruhaninin bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskiyə söz verdiyi də qeyd edilir.