Filippin hakimiyyəti Taal vulkanının bir kilometr kül sütunu püskürməsindən sonra 80 min nəfərdən çox əhalisi olan Batanqas vilayətinin üç yaşayış məntəqəsini təxliyə etməyə başlayıb.
Teleqraf.com-un məlumatına görə, evakuasiya üç şəhərdə - San-Nikolas, Balete və Talisayda aparılır.
2015-ci ilə olan məlumata görə, onların əhalisi müvafiq olaraq 22, 22 və 45 min nəfər təşkil edib.