13 Yanvar 2020 10:32
2 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Liviyanın beynəlxaq aləmdə legitim rəhbəri tanınan Fayz Sərracla ölkənin şərqinə nəzarət edən general Xəlifə Haftar Moskvada atəşkəs sazişi imzalayacaq.

Teleqraf.com xatırladır ki, indiyə qədər amansız müharibənin getdiyi Liviyada silahlı qarşıdurmanın dayandırılması üçün Türkiyə və Rusiya liderləri tərəfindən çağırış edilib.

2015-ci ildə siyasi razılaşma çərçivəsində qurulan dövlət ali şurasının rəhbəri Xalid əl Məcri “əl Əhrar” tleviziya kanalına deyib ki, atəşkəsin imzalanması siyasi mərhələnin yenidən başlamasının önünü aça bilər.

Son xəbərə görə, Xalid əl Məcri Liviya milli barış hökumətinin rəhbəri Sarrac ilə birlikdə Moskvaya gedəcək heyətdə yer alır.

General Haftar tərəfindən isə Moskvaya parlamenti rəhbəri Agila Salah gələcək.

Blomberq agentliyi türk rəsmiyə istinadən qyd edib ki, Saaracla Haftarın Moskvada bir araya gələcəyi və sonra atəşkəs razılaşması imzalayacağı gözlənilir.

RİA Novosti axşam saatlarında Haftar və Sarracın Moskvaya gəldiyini iddia edib. Amma Rusiyanın Liviya üzrə nümayəndəsi Lv Denqov bildirib ki, Sərrac və Haftarın bir araya gələcəyi hələlik dəqiqləşməyib, amma sülh sazişi gündəmdədir.

Denqov əlavə edib ki, Rusiya rəsmiləri və bu mövzuda ruslarlas birgə işləyən Türkiyə heyətləri ilə ayrı-ayrı görüşlər keçiriləcək: “Birləşmiş Ərəb Əmirlikləri və Misirin təmsilçiləri də müşahidəçi qismində bu prosesdə iştirak dəcəklər”.


Müəllif: Cavad

Oxşar xəbərlər