Human Rayts Votç Təşkilatrının direktoru Kennet Rot insan hüquqları ilə bağlı hesabat hazırlamaq məqsədilə Honkonqa gedib, lakin onun ölkəyə daxil olmasına icazə verməyiblər.
Teleqraf.com xəbər verir ki, Kennet Rot açıqlamasında Pekin administrasiyasının insan hüquqlarının müdafiəsinə artan hücumlarına aydınlıq gətirmək istədiyini bildirib.
O, ölkəyə buraxılmamasını “əsaslandırılmayan addım” kimi qiymətləndirib.