Avstraliya federal hökuməti yanğınlardan sonra qitənin vəhşi həyatını bərpa etmək üçün təxminən 35 milyon dollar vəsait ayıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Avtsraliyanın ekologiya naziri Suzan Ley açıqlama verib.
Leyə görə, bu maddi vəsaitin yarısı yanğınlardan təsirlənmiş heyvan populyasiyalarının, o cümlədən koalaların bərpa olunmasına xərclənəcək.
Ötən ilin sentyabr ayından Avstraliyanın şərq sahillərində genişmiqyaslı meşə yanğınları başlayıb. Yanğın qitənin cənub-şərqindəki Yeni Cənubi Uels və Viktoriya ştatlarında, cənub sahilindəki bir neçə bölgədə geniş əraziləri əhatə edir.
Qitədə baş verən yanğınlar nəticəsində 8.5 milyon hektardan çox meşə sahəsi yanıb, 3 minə yaxın yaşayış binası və 6 mindən çox inzibati və kommunal bina məhv olub, 26 nəfər həyatını itirib
Bəzi məlumatlara görə, yanğınlar nəticəsində 1 milyarddan çox heyvan ölüb.