Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 19-da Almaniyaya işgüzar səfər etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.
“Prezidentimiz yanvarın 19-da Almaniyaya bir günlük işgüzar səfər edəcək”, – deyə administrasiyadan bildirilib.
Hələlik səfərin proqramı açıqlanmayıb.
Yanvarın 9-da Ərdoğan Almaniya kansleri Angela Merkellə telefonla danışıb. Danışıq zamanı ABŞ və İran ətrafındakı vəziyyət, Liviya və Suriya böhranın nizamlanması müzakirə edilib.
Yanvarın 11-də isə Rusiya lideri Vladimir Putin Ərdoğana Merkellə Moskvadakı görüşün yekunları barədə məlumat verib.