Yanvarın 11-dən Tehran, Şiraz, Urmiya, İsfahan, Babil, Sari, Rəşt, Həmədan, Kirman və daha bir neçə şəhərdə keçirilən etiraz aksiyaları davam edir.
Teleqraf.com xəbər verir ki, İran hökumətinin Ukraynanın sərnişin təyyarəsinin raketlə vurulması ilə bağlı faktı gizlətməsinə etiraz olaraq başlayan aksiyalar Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Qəzvin və digər şəhərlərində də müşahidə olunub.
Təbrizdəki etirazlarda ötən günlərdə İraqda qətlə yetirilən general Qasım Süleymaninin portreti etirazçılar tərəfindən cırılıb. Aksiyalarda İranın dini lideri Əli Xameneyiyə qarşı şüarlar da səsləndirilib.
Qəzvin şəhərində keçirilən aksiyaya çox sayda insan qatılıb. Zəncan şəhərində keçirilən etiraz aksiyasında da İran dini-siyasi hakimiyyətinə qarşı şüarlar səsləndirilib.
Aksiyalardan videogörüntünü təqdim edirik: