13 Yanvar 2020 21:21
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda etiraz aksiyası keçirən insanlar yerə rəsmi çəkilən ABŞ bayrağını tapdalamaqdan imtina ediblər.

Teleqraf.com xəbər verir ki, bu fakt ABŞ prezidenti Donald Trampın diqqətini çəkib.

"Harika! İranlı etirazçılar Böyük Amerika Bayrağımızı tapdalamağı, ya da hansısa formada aşağılamağı rədd ediblər. Bayrağı əzmək yerinə ətrafında dolaşıblar. Böyük inkişafdır", deyə Tramp tvitter bloqunda yazıb.

Qeyd edək ki, yanvarın 11-dən Tehran, Şiraz, Urmiya, İsfahan, Babil, Sari, Rəşt, Həmədan, Kirman və daha bir neçə şəhərdə keçirilən etiraz aksiyaları davam edir.

İran hökumətinin Ukraynanın sərnişin təyyarəsinin raketlə vurulması ilə bağlı faktı gizlətməsinə etiraz olaraq başlayan aksiyalara Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Qəzvin və digər şəhərləri də qoşulublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər