13 Yanvar 2020 21:49
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskvada Türkiyə ilə Rusiya xarici işlər və müdafiə nazirlərinin dəstəyi ilə Liviyadakı münaqişə tərəflərinin iştirakı ilə sıx məsləhətləşmələr aparılıb. Prezidentlər - Putin və Ərdoğanın 8 yanvar tarixində İstanbulda verdikləri birgə bəyanatdakı çağırışa cavab olaraq bazar günü saat 00:00 dəqiqədə elan edilmiş atəşkəslə bağlı məsələləri konkretləşdirməyə kömək edəcək sənədə nəzər salınıb”.

Bu barədə Rusiya ilə Türkiyə arasındakı danışıqların yekunu olaraq keçirilən mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, sənədin son variantının çox ətraflı şəkildə nəzərdən keçirildiyini diqqətə çatdırıb: “Artıq müəyyən irəliləyişin əldə edilməsini deyə bilərik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər