Qahirədə fələstinli qruplarla İsrail arasında Qəzza şəhərində daimi atəşkəsin təmin edilməsi üçün danışıqlar başlayır.
Teleqraff.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, Misirin vasitəçiliyi ilə keçiriləcək görüşlər öncəsi Qəzza zolağının restavrasiyası məsələsində tərəflər arasında razılığa gəldiyi bildirilib.
Fələstin İnkişaf və Yenidənqurma İqtisadi Şuranın (PECDAR) ötən ay açıqlanan hesabatına görə, 50 günlük müharibədən sonra Qəzzanın yenidən abadlığı üçün 4,6 milyard avroya ehtiyac duyulur.
Xatırladaq ki, Qəzzada dörd həftə əvvəl müvəqqəti atəşkəs əldə olunub.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.