14 Yanvar 2020 11:28
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“National Interest” qəzeti gözlənilən ABŞ- İran müharibəsi ilə bağlı mümkün ehtimallarını irəli sürüb.

Teleqraf.com xəbər verir ki, nəşr siyasi mütəxəssislər Rid Poli və Daniel Halissinin ehtimallarını təqdim edib.

Poli və Halissi qeyd edir ki, iki ölkə arasındakı münasibətlər silindir formalı stəkanlara bənzəyir: “Hər iki tərəf uçurumdan geri çəkildi. Ancaq yenə də risk almağa hazır olduqlarını nümayiş etdirirlər, buna görə də müharibə ehtimalı qalır”.

Mütəxəssislər əmindirlər ki, ABŞ İrana hücum etmək qərarına gəlsə, bu, Vyetnam müharibəsindən bəri ən ciddi xarici siyasət səhvi olacaq:

“Əməliyyat nöqteyi-nəzərindən, Tehrandakı rejim dəyişikliyi üçün müharibə İraqdakı müharibədən daha mürəkkəb olacaq. 2003-cü ilin mart ayında torpaq kampaniyasında Bağdada əsas zərbə 3-cü Piyada Bölməsi və Dəniz Qoşunlarının 1-ci Ekspedisiya Qüvvələri tərəfindən vuruldu.

Müqayisə üçün deyək ki, İran ərazisi İraq və Əfqanıstanın ümumi ərazilərinin üçdə ikisi böyüklükdədir, həm çöllərlə, həm də dağlarla əhatə olunur. Coğrafiya, ehtimal ki, müdaxilə edənlərə qarşı çıxan silahlı qüvvələr və ya üsyançılara sığınacaq verəcək.

Üstəlik, İrandakı hərbi əməliyyatların “çox sürətlə gedəcəyini” düşünən istənilən prezident 1980-ci ilin aprelini xatırlamalıdır. Cimmi Karter İrandakı girov böhranına son qoymağa çalışaraq, “Delta” xüsusi təyinatlı qüvvələrinə ölkəyə səkkiz helikopter göndərməyi və girovları xilas etməyi əmr etdi. Lakin plan baş tutmadı. Qum fırtınası nəticəsində səkkiz helikopterdən üçü mexaniki problemlə üzləşdi və 1 vertolyot yanacaq daşıyan “C-130”-a çırpıldı.

Səkkiz Amerika komandosu öldü, əməliyyat ləğv edildi və Karterin prezidentliyinə son qoyuldu”.

Mütəxəssislər ABŞ-ın 2003-cü ildə İraq hərbi müdaxiləsini də xatırladırlar:

“Nəhayət, 2003-cü ildə Səddam Hüseynin açıq müharibə taktikasını seçdiyini nəzərə almağa dəyər. İranın isə belə bir səhv etməsi ehtimalı azdır. Onun hərbi doktrinaları daha asimmetrik bir taktika təklif edir”.

Mütəxəssislərin fikrincə, bu savaş qədim Çin strateqi Sun Tszunun dediklərinin yaxşı bir nümunəsidir: “Özünüzü deyil, düşməninizi tanıyırsınızsa, hər qələbə üçün bir məğlubiyyətiniz olacaq”.

“Düşmənin qaydalarınıza uyğun döyüşəcəyini gözləməyin”, - deyə Poli və Halissi fikirlərini yekunlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər