İranda Ukraynaya məxsus təyyarənin vurulması ilə əlaqədar həbslər başlayıb.
Teleqraf.com xəbər verir ki, İran məhkəmə hakimiyyətinin sözçüsü Qulamhüseyn İsmaili bəzi şübhəlilərin saxlanıldığlını açıqlayıb.
O, həbslərin təfərrüatı barədə danışmayıb.
İran Prezidenti Həsən Ruhani vurulan sərnişin təyyarəsi ilə əlaqədar yalnız bir nəfərin məsuliyyət daşımadığını, bu işdə günahı olan hər kəsin cəzalanacağını açıqlamışdı.
Qeyd edək ki, yanvarın 8-də Tehranın Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boinq-737 tipli sərnişin təyyarəsi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulub.