“Beynəlxalq ictimaiyyət Suriya və İdlibdə baş verənləri sükut içində izləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı Suriyadan Türkiyə və Avropaya olan miqrant axınından danışıb:
“Türkiyə onsuz da 4 milyon suriyalıya ev sahibliyi edir. İndi biz onları necə geri qaytaraq? Bu, vicdansızlıq olardı axı. Biz onları geri qaytara bilərik, amma bunun üçün onlara orada şərait yaratmalıyıq. Obamaya da bunları demişdik, Trampla da danışdıq. Amma həmişə söz olaraq qaldı.
Bunu Putinə də, Merkelə də dedim. Bu barədə gördüyümüz işləri onlara təqdim etdim. “Hər şey hazırdır, gəlin addım ataq” dedim. Amma dünya hələ də Suriyada, İdlibdə baş verənləri səssizcə izləyir. Bizdən başqa kimsə bir həll yolu axtarmır”.