Avropa Birliyi (AB) Komissiyası karbon qazı tullantılarını 2050-ci ilə qədər minimuma endirmək məqsədilə növbəti 10 ildə 1 tirlyon avro sərmayə qoymağı planlaşdırır.
Teleqraf.com xəbəer verir ki, AB Komissiyası “Avropa Yaşıl Saziş” çərçivəsində qitənin 2050-ci ilə qədər iqlimə zərərsiz hala gətirilməsi investisiya proqramını açıqlayıb.
Proqrama görə iqlim hədəflərinə çatmaq üçün tələb olunan investisiya AB tərəfindən dəstəklənəcək.
AB ekoloji cəhətdən təmiz, yaşıl, rəqabətli və inklüziv iqtisadiyyata keçmək üçün tələb olunan sərmayələri təşviq edəcək. AB-nin gələcək büdcəsinin təxminə 503 milyard avrosu iqlim və ekoloji hədəflərə uyğun proqram və layihələrə köçürülüəcək.
Dövlət və özəl sektorlar vasitəsilə ortadakı layihələrə 279 milyard avr qoyulacaq. Üzv ölkələr və AB-nin birgə maliyyələşdirdiyi layihələr üçün 114 milyard avro veriləcək.
Beləcə növbəti 10 il üçün iqlim və ekoloji təmizliyə 1 tirlyon avroluq qaynaq ayrılacaq.