İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranda Ukraynaya məxsus “Boeing 737” tipli təyyarəyə raket zərbəsi endirilməsini telefonla çəkən şəxsi həbs edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi İranın “Fars” agentliyinə istinadla xəbər yayıb.
Bundan əvvəl İran hakimiyyəti təyyarə qəzası ilə əlaqədar bir neçə nəfərin həbs olunduğunu elan etmişdi.
Qeyd edək ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737 şirkəti yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarədəki 176 nəfərin hamısı həlak olub.
Daha sonra Tehran ölkənin hava hücumundan müdafiə sisteminin təyyarəni səhvən vurduğunu etiraf edib.