Səudiyyə Ərəbistanı 2019-cu ildə edamların sayına görə rekord qırıb.
Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanı ötən il məşhur jurnalist Camal Qaşıqçının cinayətində əli olan 5 nəfər də daxil olmaqla 184 nəfəri edam edib.
Səudiyyə hökuməti 2020-ci ildə 4 nəfərin edam olunduğunu açıqlayıb.
İnsan hüquqları müdafiəçisi “Reprieve”in hesabatına görə, edam olunan 184 nəfərdən 70-i əcnəbidir. Ölkədə edam statistikası son illərin ən yüksək həddində müəyyənləşib.