15 Yanvar 2020 13:53
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Liviya danışıqlarında razılaşma olmadığı təqdirdə, bu ölkədə hərbi baza yaratmaq və Liviya Milli Ordusunun (LNA) başçısı Xəlifə Haftara qarşı beynəlxalq koalisiya yaratmaq üçün addımlar atacaq”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Qriqori Lukyanov deyib.

Ekspert Milli Sülh Hökumətinin (MSH) rəhbərliyi altında Liviyanın ən sıx məskunlaşma ərazilərinin olduğunu xatırladıb:

“Təkcə Tripolidə təxminən 2.5 milyon insan yaşayır ki, bu da ölkə əhalisinin 40% -dən çoxunu təşkil edir. Onların insan çatışmazlığı yoxdur, ixtisaslı hərbi mütəxəssis çatışmazlığı var. Türkiyə bu çatışmazlığı ödəyə bilər, çünki onun vəzifəsi Milli Sülh Hökumətini nəyin bahasına olur olsun, qoruyub saxlamaqdır”.

Lukyanov Türkiyənin Liviyadakı hərbi qüvvələrinin sayını artırmayacağını bildirib: “Lakin buna baxmayaraq, Liviya Milli Ordusunun qüvvələrindən MSH üçün hava örtüyü çətiri yarada biləcək. Rusiyanın Suriyadakı Xmeymim bazasına bənzər bir hərbi baza qurmaq istəyi zaman məsələsi olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər