“ABŞ müttəfiqləri ilə birlikdə İranı “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın (FDP) yerinə yetirilməsinə qayıtmağa məcbur etməlidir”.
Teleqraf.com-un məlumatına görə, bu barədə Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden deyib.
Bayden hesab edir ki, ABŞ müttəfiqlərin dəstəyini axtarmağa, parçalanmış ittifaqı bərpa etməyə və İranı razılaşmanın icrasına qayıtmağa məcbur etməliyə vadar olacaq.
Baydenə görə, Donald Tramp administrasiyasının yanlış siyasəti nəticəsində Yaxın Şərq ABŞ üçün artıq “itirilmiş yer”dir. O, Amerikanın öz müttəfiqlərinin dəstəyini də itirdiyini vurğulayıb.