İstanbulda 127 milyon 500 min saxta ABŞ dolları ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, İstanbul polisi Sarıyerdə keçirdiyi əməliyyat zamanı saxta dollar çap edən 8 nəfəri saxlayıb.
Saxlanılanların ofisindən 127 milyon saxta ABŞ dollarından çox vəsait tapılıb.
Polis eyni zamanda saxta pul hazırlamaq üçün istifadə edilən qurğu və alətləri də götürüb.