15 Yanvar 2020 19:13
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə ABŞ, nə İran, nə də bölgə ölkələri müharibə istəyirlər. Əlbəttə, bəzi ölkələr üçün müharibə faydalı ola bilər, bundan gəlir əldə edə bilərlər. Belə ölkələrin olduğunu istisna etmirəm. Müharibə bəzi ölkələr üçün sərfəli olacaq, neftin qiyməti qalxacaq və onlar bundan öz neftlərini baha qiymətə satmaq üçün istifadə edəcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib.

İranlı diplomat ABŞ-ın ehtimal olunan müharibədə az zərər görəcəyini bildirib:

“ABŞ hərbi əməliyyatlardan az zərər görəcək. ABŞ-ın özü silah sata bilər, amma bazaları zərər görəcək. Həm də müharibəyə başlamaq istəməzdilər. Tramp yenidən prezident seçilsə belə, İran və ABŞ arasında müharibə olacağını proqnozlaşdırmıram. Tramp prezident vəzifəsindən istefa edəcəyi təqdirdə, müharibə ola bilər, ancaq bundan əvvəl müharibə olmayacaq”.

Onun sözlərinə görə, Prezident Donald Tramp NATO-nu bölgəyə dəvət etmək istəyir: “Amma ittifaq üzvlərinin razı olacağına şübhə edirəm. Bu uzun bir prosesdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər