23 Sentyabr 2014 14:35
795

ABŞ və müttəfiqlərinin təşkil etdiyi hücumda “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Suriya baş qərargah binası ilə yanaşı bir çox mərkəzlərinin vurulduğu bildirilib.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Rakka Yerli Koordinasiya Komitəsinin məlumatında bildirilir.

Yayılan xəbərdə deyilir ki, bu gün həyata keçirilən hava hücumlarının sayı 18-ə çatıb.

Vurulan hədəflər arasında Talai təhsil düşərgəsi, Vətən xəstəxanası, Tel Abyad rayonu, Tabka hərbi hava limanı, həmçinin Deyruz Zor yaşayış məntəqəsinin Kemal rayonundakı İŞİD-in qərargahı da var.

Məlumatlarda terror qruplaşmasının döyüşçüləri arasında çoxlu sayda ölən və yaralananın olduğu qeyd edilir.

Suriya İnsan Haqları Təşkilatından isə edilən açıqlamada ABŞ və müttəfiqlərinin 50 dəfə hava hücumları həyata keçirildiyi bildirilib. Bəyanatda İŞİD və Əl Nusra Cəbhəsinin hədəf alındığı ifadə edilib. Hücumlarda həmçinin aralarında mülki şəxslərin də olduğu 30 nəfərin öldüyü açıqlanıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:
Загрузка...