15 Yanvar 2020 22:13
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinə ölkənin baş naziri vəzifəsini təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, V.Putin Rusiya Federal Vergilər Xidmətinin rəhbəri ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini tutmağı təklif edib. M.Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.

Rusiya Dövlət Duması yanvarın 16-da M.Mişustinin ölkənin baş naziri təyin ediməsi məsələsinə baxacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər