Kafedə oturmuş adamı güllələyib aradan çıxan şəxsin hərəkətləri addım-addım kameralara düşüb.
Teleqaraf.com xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində olub.
Bədrixan Bayraqdar adlı şəxs dostları ilə kafedə əyləşərək söhbət etdiyi ərəfədə silahlı hücuma məruz qalıb. 36 yaşlı gənc aldığı güllə yaralarından vəfat edb. Onun yanındakı xanım isə güllələnmə anı həyatını zorla xilas edə bilib.
Cinayətkar hadisəni törətdikdən sonra qaçıb. Türkiyə polisi faktla əlaqədar 4 nəfəri saxlayıb. Hazırda tapançadan istifadə edərək 36 yaşlı Bədirxanı qətlə yetirən cinayətkar axtarılır.