16 Yanvar 2020 21:28
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə rəhbəri olan Sara Leah Vitsonun İsrail üçün bir, Ermənistan üçün digər standartı var. “The Wall Street Journal”da gedən məqalədə ortada olan fərq nümayişkəranə şəkildə ortaya qoyulur. O da maraqlıdır ki, amerikalı hüquqşünas olan Sara Leah Vitsonun bu fərqli yanaşmasının Azərbaycana birbaşa dəxli var. Əlav olaraq, bu məqalə “Human Rights Watch” təşkilatının ikili (bəzən daha çox) standartlar əsasında fəaliyyət göstərdiyini bütün çılpaqlığı ilə ortaya qoyur. İndi isə professor Eugene Kontoroviçin qələmə aldığı məqaləyə diqqət edək...

Müəllif yazır ki, Sarah Leah Vitson yəhudi dövlətinə qarşı sərt mövqeyi ilə seçilən birisidir. O, İsrailin İordan çayının Qərb sahilidə (West Bank) məskunklaşmasına, yəni yəhudilər üçün yaşayış evləri tikməsinə və bu yolla da həmin ərazini özününküləşdirməsinə ən kəskin şəkildə etiraz edir. Və bütün bunlara görə davamlı şəkildə İsraili günahlandırır.

Ancaq Sarah Leah Vitson eyni inadkarlıqla Dağlıq Qarabağda ermənilərin məskunlaşmasına dəstək verir. Halbuki BMT, Beynəlxalq Hüquq və ABŞ Dağlıq Qarabağı Azərbaycana məxsus işğal olunmuş ərazi kimi tanıyır.

Müəllif yazır ki, Sarah Leah Vitson erməni əsillidir. Biz də internet üzərindən bu məsələni xeyli araşdırdıq. Zatən onun erməni əsilli olması birmənalıdır. Onun anası amerikalı erməni Ashi Vitsondur. Sarah Leah Vitson qədim Qüdsün erməni məhəlləsində doğulub. Ailəsi isə 1960-cı ildə ABŞ-a dönüb. Onu tercümeyi-halında yazılıb ki, o, Harvard Universitetinin Hüquq bölümünü bitirib və ABŞ prezidenti Barak Obama ilə qrup yoldaşı olub.

Yenidən məqaləyə qayıdaq. Müəllif Eugene Kontorovich yazır ki, xanım Vitson 2018-di ildə “Amerika Erməniləri Milli Komitəsi” (Armenian National Committee of America) üçün ianə toplamaq kampaniyası keçirib. Bu təşkilat isə Dağlıq Qarabağı “Ermənistanin ayrılmaz tərk hissəsi hesab edir”. İsraili həvəslə tənqid edən bu xanım Twitter-də Dağlıq Qarabağ ərazisində istehsal olunan şərblar da daxil olmaqla Ermənistan şərablarını reklam edir.

Sarah Leah Vitson isə deyir ki, o, sadəcə erməni diasporunu müdafiə edir ki, erməni genosidi daha geniş miqyasda tanınsın. Xeyriyyə və maarifləndirmə işlərinə də dəstək verirəm.

Müəllif vurğulayır ki, “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə rəhbəri olan Sara Leah Vitsonun “Armenian General Benevolent Union” təşkilatını (bu təşkilat 1906-cı ildə Misirin paytaxtı Qahirədə yaranıb, II Dünya Müharibəsindən sonra isə Nyu-Yorka köçüb. E.H) hərtərfəli yardım edir. Bu təşkilat isə Suriya ermənilərinin Ermənistanda (əslində isə Dağlıq Qarabağa) məskunlaşmasına yardım edir.

Məqalədə deyilir ki, Sarah Leah Vitson tək deyil. “Code Pink” təşkilatının rəhbəri Nensi Kricorian da eyni yolun yolçusudur. (Code Pink: Women for Peace (often stylized as CODEPINK) Qdınlar Sülh Uğrunda. )

Burada da kiçik bir haşiyə çıxmaq zorundayıq. Bu təşkilat 2002-ci ildə yaradılıb. Özünü “sülh və ədalət carçısı” olan qadın təşəbbüs qrupu kimi təqdim edir. Müharibə əleyhdarıdırlar. Ancaq Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmasını müdafiə edirlər(?)
Sosial Hüquq üzrə Qüds Universitetinin professoru olan məqalənin müəllifi Eugene Kontorovich yazır ki, o da ermənilərin Dağlıq Qarabağda məskunlaşması üçün əlindən gələni edir. Bu xanımın xüsusi fəallığının səbəbini isə Eugene Kontorovich yazmır. Onu da biz əlavə edək. Nensi Kricorian erməni əsilli amerikalıdır. Və beynəlxalq təşkilatlarda at oynadan belə ermənilər öz imkanlarından Azərbaycana qarşı geninə-boluna istifadə edirlər.

/Musavat.com/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər