17 Yanvar 2020 13:42
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honq Konq, Makao və Tayvan inzibati bölgələri istisna olmaqla, Çin əhalisi 2019-cu ilin sonunda 4.67 milyon nəfər artaraq 1.4 milyard nəfəri keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Dövlət Statistika Bürosu məlumat yayıb.

2019-cu ildə ölkədə 14.65 milyon yeni doğulmuş uşaq qeydə alınıb, doğuş səviyyəsi hər min nəfərə 10.48 nəfər olub. Həmin il Çində 9.98 milyon insan ölüb. Ölüm nisbəti hər min nəfərə 7.14 təşkil edib. Əhalinin təbii artımı hər min nəfərə 3.34 təşkil edib.

Çində kişilərin sayı 715.27 milyon, qadınlar isə 684.78 milyon nəfərdir. Son artımdan sonra ölkə əhalisinin ümumi sayı 1 milyard 400 milyon 50 min nəfərə çatıb.

2018-ci ildə Çin əhalisi 5.3 milyon nəfər artıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər