18 Yanvar 2020 09:05
2 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krosnoyarsk şəhərində 10 yaşlı bir uşağın ata olacağı iddia edilib. Yenə həmin iddiaya görə, 13 yaşlı analıq namizədi isə yeddi həftəlik hamilədir.

Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan azyaşlı dördüncü, hamilə qalan qız uşağı isə yeddinci sinif şagirdidir.

Rus mediası azyaşlı cütlüyün sosial şəbəkədəki hesabındakı münasibətlərini “evlənmədən birlikdə yaşamaq” olaraq dəyişdiyini yazıb.

Övladlarının hamilə qalmasından xoşbəxt olduğunu bilən ailəyə qarşı isə cinayət işi açılıb.

Qızın təhsil aldığı məktəbdən verilən açıqlamada hamilə şagirdin nəzarətə götürüldüyü bildirilib.

Yerli mediada yer alan bəzi xəbərlərdə 13 yaşlı qızın cinsi zorakılığa məruz qaldığı, cinayətin ört-basdır edilməsi üçün bu yola əl atıldığı qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər