17 Yanvar 2020 09:23
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Longir Norveçdə yerləşən kiçik qəsəbədir. Bu qəsəbədə ölmək rəsmən qadağandır. Qəbiristanlıqda dəfnlər də illər əvvəl dayandırılıb.

Teleqraf.com Norveçin Longir qəsəbəsi haqda yazını təqdim edir.

Şimalda 78-ci paraleldə yerləşən Longir Norveçin Şimal sahilləri ilə Şimal Qütbü arasında yerləşən adalardan biridir. Nəhəng bir dağın ətəklərində yerləşən qəsəbə taxta evlərdən ibarətdir. 1500 nəfər sakini olan Longirdə tətbiq olunan ölüm qadağasına gəlincə, bunun səbəbi adanın həddən artıq soyuq olması ilə əlaqədardır. Qadağanın əsas səbəbi isə 1917-ci ildə adada ölümcül və yoluxucu virusun yayılması ilə bağlıdır. Həmin il yayılan virusun mənbəyinin 70 il əvvəl məzarlığa dəfn edilmiş bir cəsədin olduğu üzə çıxdı.

Soyuq hava səbəbindən çürüməyən cəsədlər virus daşıyıcıları sayılır, sakinləri ölümlə üz-üzə qoyur. Bu səbəbdən elm adamları adada cəsədlərin dəfn edilməsini qadağan edib. Qəsəbədəki digər qəribəlik isə 1500 insan xaricindəki populyasiyanın böyük bir hissəsini qütb ayılarının əmələ gətirməsidir. Burada ölümcül xəstələnən insanlar həyatlarının son anlarını yaşamaq üçün Norveçin başqa bölgələrinə göndərilir.

Batmayan günəş

Qütb bölgəsində mart və oktyabr ayları arasında uzun bir gün kimidir, günəş heç vaxt batmır. Amma heç vaxt da qəsəbəni yaxşı isitmir. Buna baxmayaraq, illər əvvəl buz təbəqəsi olan körfəz qış aylarında belə donmur. Ətrafdakı buzların da getdikcə əriyərək kiçildiyi bildirilir. Qlobal isinmə Longirdən də yan keçmir.

Silahlı müəllimlər

Yaşlı insanlar üçün qocalar evi yoxdur, amma məktəb var. Longirdə qış aylarında uzun gecələr hökm sürür. Qəsəbə xüsusən də uşaqlar üçün daha təhlükəlidir. Bu təhlükələr məktəbin divarları arxasında dolaşır. Müəllimlər bu səbəbdən həmişə yanlarında silah gəzdirir. Çünki Longir insanlarla yanaşı, qütb ayılarının da vətənidir. Universitetinin birinci kursunda hər tələbə mütləq qütb ayısının necə öldürülməsini öyrənir. Lakin bütün bunlara baxmayaraq, Longirdə qütb ayılarını özünümüdafiə istisna olmaqla başqa hallarda öldürmək qadağandır.

Haski köpəkləri

Haskilər Longirdə həyatın böyük bir hissəsini təşkil edir. Məişət işlərinə cəlb edilmədikcə qəfəslərdə saxlanılırlar, balıqçıların gətirdiyi balıqlarla qidalanırlar. Haskilərin düüşərgəsinin yaxınlığında qütb ördəklərinin ferması var. Köpəklərin səsindən ürkən qütb tülküləri ördəkləri və yumurtalarını oğurlaya bilmirlər.

Yay aylarında Longirdə həyat bir qədər asan olsa da, qışda bu haqda danışmaq mümkün deyil. Soyuq qütb adası qış ayları ərzində qalın “qar yorğanı”nın altından çıxmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər