17 Yanvar 2020 21:43
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Həsən Şəvapura qarşı sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb generalın İranda etirazların qarşısını kobud şəkildə almasıdır.

ABŞ Dövlət Departamentinin İranla bağlı xüsusi elçisi Brayan Huk keçirdiyi brifinq zamanı bildirib ki, bu gün ABŞ etirazçıların hüquqlarını kobudluqla pozmaqda təqsirkar olan SEPAH-ın generalı Həsən Şəvapura qarşı sanksiya tətbiq edir: "O, 2019-cu ilin noyabr ayında 146 dinc iranlının ölümünə məsuliyyət daşıyır. Bizim hərəkətlərimiz İran vətəndaşlarından aldığımız məlumatlar sayəsində mümkün olub. İranlılardan 88 mindən artıq bu barədə məlumat almışıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər