18 Yanvar 2020 08:00
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xüsusi təyinatlı qüvvələri Faiz Sərracın Milli Razılıq Hökumətinin məmurlarını mühafizə etmək üçün Liviyanın paytaxtı Tripoliyə gəliblər.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Əl-Ərabiya" telekanalı bildirib.

Telekanalın "Twitter" səhifəsində bildirilib: "Türkiyə xüsusi təyinatlıları MRH-dən olan məmurları mühafizə etmək üçün Tripoliyə gəlib".

Qeyd edək ki, 16 yanvar tarixində Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan da F.Sərraca kömək üçün qüvvələr göndərildiyini demişdi.


Müəllif: Teleqraf.com