Liviyanın qiyamçı generalı Haftarın sözçüsü Türkiyəni təhdid edib.
Teleqraf.com xəbər verir ki, Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Mismari Türkiyənin mümkün hərbi müdaxiləsi və Zuveytinada olan neft mədəninin Milli Barış Hökumətinə (MBH) maliyyə vəsaiti gətirməsi haqda danışıb.
Türkiyənin MBH-nin köməyinə hərbçi göndərməsi haqda danışan Mismari bəyan edib ki, Tripoli sahillərində türk əsgərinin sonu gələcək.
O, əlavə edib ki, neft limanlarını bağlayan Liviya xalqı haqlıdır: “Biz onları qorumalıyıq”.
Liviya Milli Ordusunun Komandanlığı isə yaydığı açıqlamada bəyan edib ki, Türkiyə Liviyadakı atəşkəsi pozub, dəniz və hava nəqliyyatı vasitəsilə ölkəyə daha çox suriyalı terrorçu və silah göndərib.