18 Yanvar 2020 14:16
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk ölkə prezidenti Vladimir Zelenskinin onun istefasını qəbul etməməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verirk ki, A.Qonçaruk “Feysbuk” səhifəsində Ukrayna hökumətinin prezident və xalq tərəfindən yüksək etimad kreditinə malik olduğunu yazıb.

Əlavə edib ki, Nazirlər Kabineti ona həvalə olunan məsuliyyəti dərk edir. Ukrayna baş nazirinin sözlərinə görə, onun komandası bütün tapşırıqları yerinə yetirməyə və ölkədə sistematik dəyişiklikləri gücləndirməyə hazırdır.

Yanvarın 17-də A.Qonçaruk prezidentə istefa məktubu göndərib. Ukrayna Prezidenti baş nazirin istefasını qəbul etməkdən imtina edib.

Bundan sonra A.Qonçaruk V.Zelenskiyə Nazirlər Kabinetinin işinə dair fevralın 4-dək aralıq hesabat hazırlayacağına söz verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər