Ölkəmizdəki xarici hərbçilərin çıxarılması haqda qərar İraq Kürd Muxtar Respublikasında olan əcnəbi əsgərlərə də aiddir.
Teleqraf.com xəbər verir ki, bu sözləri İraqın baş naziri Adil Əbdülmehdinin hərbi məsələlər üzrə müşaviri, general Əbdülkərim Haləf deyib.
General qeyd edib ki, ABŞ əsgərlərinin ölkədən çıxarılması üçün tarix müəyyən edilməyib: “Xarici hərbçilərin ölkədən çıxarılması haqda qərar suveren bir qərar olduğu səbəbindən bu İraqın bir parçası olan kürd muxtariyyəti ərazisinə də şamil olunacaq. Muxtariyyətin bu məsələdə hər hansı sıxıntısı yoxdur”.