ABŞ Prezidenti Donald Trampın Rusiya üzrə məsləhətçilərindən biri Endryi Pik vəzifəsindən uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Blumberq" məlumatlı mənbəyə istinadla xəbər yayıb.
Məlumata görə, Pik yanvarın 17-də Ağ Evi tərk edib. Bu qərarın ona qarşı təhlükəsizliklə bağlı aparılan müvəqqəti araşdırma ilə bağlı olduğu bildirilir. Pik özü məsələ barədə danışmaqdan imtina edib.
Xatırladaq ki, Endryi Pik gələn həftə Trampla Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumuna getməli idi.